Belarus və Azərbaycanın Daxili İşlər nazirlikləri arasında münasibətlərin inkişafı xalqlarımızın maraqlarına uyğundur - İvan Kubrakov

10:52 15.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belarus və Azərbaycanın Daxili İşlər nazirlikləri arasında çox yaxşı münasibətlər var.

Hafta.az xəbər verir ki, bu fikri Belarusun daxili işlər naziri general-leytenant İvan Kubrakov Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovla görüşündə söyləyib.

Nazir vurğulayıb ki, dünyada gedən çətin proseslər fonunda bu münasibətlərin davam və inkişaf etdirilməsi zəruridir, həmçinin xalqlarımızın maraqlarına uyğundur.

Səfir öz növbəsində İ.Kubrakovu Daxili İşlər naziri təyin olunması münasibətilə təbrik edib, Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun salamlarını çatdırıb və onun adından məktubu təqdim edib.

L.Qəndilov söhbət zamanı Vətən müharibəsi və işğaldan azad olunmuş ərazilərimizin vəziyyəti barədə naziri ətraflı məlumatlandırıb.